“ABŞ sammitin formatını dəyişdirmək hüququna malik deyil” Josep Borrell

2 İyun 2020 16:07 (UTC+04:00)

G7-yə sədrlik edən ABŞ sammitə dəvətnamələr göndərə bilər, lakin onun formatını dəyişdirmək hüququna malik deyil. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu çərşənbə axşamı günü Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Josep Borrell deyib.

"G7 başçılığının müəyyən səlahiyyətlər verdiyini vurğulamaq istərdim ... Bu üstünlüklər arasında prioritetləri əks etdirən dəvətnamələrin göndərilməsinin mümkünlüyü də var. Formata gəlincə, üzv statusunu davamlı olaraq dəyişdirmək G7 sədrinin səlahiyyətlərinə aid deyil", deyə Borrell Brüsseldə mətbuata açıqlamasında bildirib.