Azərbaycan filosofun ermənipərəst Sarkoziyə 4 açıq məktubu haqqında

2 İyun 2020 15:48 (UTC+04:00)

Vahid Ömərov
AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Zəlimxan, təpələr dağa gülməsin,
Qaya parçalansa, daş tökulməsin,
Başa qar düşsə də, bel bükülməsin,
Belə qoçalasan qoçalanda da!

Zəlimxan Yaqub.

Yaşının ahıllıq və müdriklik çağında mərhumfilosof Əmirəli İsmayılovu fundamental bir əsər- “Erməni faşizmi və erməniliyin cinayətləri, ideologiyası və fəlsəfəsi” kimi 632 səhifəlik əsəri yazmağa vadar edən onun hədsiz vətənpərvərliyi və xalqına təmənnasız xidməti olmuşdur.

Məlum olduğu kimi, ermənilər və ermənilik haqqında Azərbaycanda daha çox tarixçilər, qismən də politoloqlar müxtəlif aspektdən yazmışlar. Ancaq Ə.İsmayılov erməniliyin və erməni faşizmininin- bir-birini tamamlayan, bəşəriyyət üçün ən təhlükəli olan bu hadisənin cinayətlərinin və ideologiyasının ilk dəfə olaraq hərtərəfli, sistemli fəlsəfi təhlilini vermişdir.Azərbaycan filosofu Əmrəli İsmayılovun – «Erməniliyin, erməni faşizminin cinayətləri, ideologiyası və fəlsəfəsi» adlı fundamental əsəri bu sahədə tədqiqatlara olan ehtiyacı layiqincə ödəmişdir. Əsər erməniliyin, erməni faşizminin təkcə cinayətlərini açıb göstərməmiş, həm də ideologiyasının mürtəce fəlsəfi mahiyyətini üzə çıxarmış erməni faşizminə qarşı bütün sahələrdə mübarizə aparan xalqımızın qəhrəman oğlu Ziya Bünyadov ruhunu sanki yenidən canlandırmışdır.

Ə.İsmayılov erməniliyi və erməni faşizmini daşıyıcılarının ideya və psixoloji əhval-ruhiyyəsini tənzimləyən, böyük kütləni canilərə və mütəşəkkil cinayətkar klana çevirən və öz ətrafında birləşdirəm mürtəce bir ideologiya kimi, təkcəahtihumanist nəzəriyyə deyil, prinsip və qaydaları façist praktikası olaraq reallaşan bəşəriyyət əleyhinə cinayət kimi ifşa etmişdir. Erməni cəmiyyətində faşizmin tarixən yaranma səbəbləri və məqsədyönlü xarakteri türklərə, azərbaycanlılara və digər xalqlara qarşı cinayətləri göstərilir.

Ermənilər haqqında müxtəlif dövrlərdə dünyanın görkəmli şəxsiyyətlərinin fikirləri, erməniliyin qeyri-insani mənəvi davranışlarının varlıq və şüur amilləri fəlsəfi təhlil süzgəcindən keçirilir.

Kitabda:
• Ermənilərin mağara millətçiliyi, mənəviyyatsızlığı;
• Erməni kilsələrinin insanlıq əleyhinə fəaliyyətləri, öz xalqını cinayətlərə sürükləməsi
• Erməni satqınlığı;
• Qaraçı- hay tayfaçılığı;
• Erməni terrorizminin cinayətkar mahiyyəti;
• Orqan ticarəti ilə məşğul olmaları;
• Ekoloji genosid törətmələri və s. tədqiq olunmuşdur.

Müəllif göstərir ki, erməniliyin mürtəce mahiyyəti ondadır ki, o, faşizm kimi alman və italyan faşizmindən daha əvvəl XIX əsr və XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanda tarixən çoxsaylı genosid, soyqırım aktlarında təzahür etmişdir. Erməni faşizminin ən təhlükəli və bəşəriyyət üçün ən qorxulu cəhətləri odur ki, o, cilddən-cildə girməyi bacarır, böyük dövlətlərə, xristian dünyasına arxalanaraq, bəşəriyyətdən özünün əsl vəhşi simasını gizlədə bilir.Erməniliyin aşağıdakı ən mürtəce ideya silahı müəllif tərəfindən fəlsəfi təhlil obyektinə çevrilmişdir.

Bunlar:
• Tarixin saxtalaşdırılması;
• Dünya ictimai rəyini aldadaraq yalan məlumatların verilməsi;
• İnformasiya fırıldağına əl atılması;
• Xalqlara patoloji erməni xəstəliyi kimi nifrət edilməsi;
• Mənəvi və maddi-mədəni sərvətlərin, familiyaların oğurlanması;
• Özlərinin mənfur planlarını reallaşdırmaq üçün müxtəlif dövlətlərin dövlət və siyasi strukturlarına soxulmaları;
• Öz cinayətlərini qurbanlarının, qarşı tərəfin üzərinə yıxmaları;
• Xəyali “Böyük Ermənistan” ideyasının gerçəkləşməsi üçün ən vəhşi cinayətlərə, etnik təmizləmələrə, terrora, genosidə, soyqırımlara əl atmaları;
• Hədsiz-hüdudsuz lovğalanmaları.

Erməni yalanını ən böyük yalan sənəti və mənəvi kasadlıq hesab edən müəllif ermənilərin yalanla nəfəs aldıqlarını, həyatda və ictimai fikirdə erməni yalan vurusunun dağıdıcı mahiyyətini ifşa edir.

Ə.İsmayılov erməniliyin cinayətkarlığı və erməni faşizminin uzun müddətli yaşaması səbəbini Qərb və xristian dünyasının hakim dairələrinin, siyasətçilərinin onları himayə etməsində onları dəstəkləməsində, yalanlarına şərik olmasında, onların müsəlman-türk xalqları tərəfindən sıxışdırılması fikrində olmalarında görür.
Bu baxımdan Azərbaycan filosofunun erməni faşlzminin “alovlu” müdafiə-çisi Fransanın keçmiş prezidenti Nikolos Sarkoziyə məktubları maraq doğurur. Bu məktublarda erməni faşizminin və onların müdafiəçilərinin “əxlaqsızlığı”, “erməni genosidi” haqqında hay yalanları, erməni faşizminin ayaq tutmasına imkan yaradan, erməniliyi həvəsləndirən siyasi qüvvələrin şərəfsizliyikəskin tənqid atəşinətutulur.

Azərbaycan filosofunun vesti.az saytında 2012 – ci ilin fevral - aprelində nəşr olunan məktubları ictimaiyyət arasında geniş əks - səda doğurmuş-dur. Müəllif fərdi və kütləvi şüurda Fransa demokratiyası, Fransanın tarixi şəxsiyyətlərinin fəaliyyətlərindən, fransız maarifçi – filosoflarının vətəndaş - dövlət, şəxsiyyət və cəmiyyət, insanlar arasındakı münasibətləri və sivilizasiyalı əlaqələrin təşkilinə dair əsaslı nəzəriyyələrindən bəhs edir.Demokratiyanın «beşiyi», «vətəni» olan Fransanın belə antidemokratik, hətta mürtəce qərar qəbul etməsi (olmayan erməni genosidi haqqında) çox təəssüf doğurur. “Biz fransız və bu ölkənin siyasi sistemini demokratik hesab edirdik. Demokratik dəyərlərin düzgünlüyündən söhbət düşəndə bizdən asılı olmayaraq gözlərimiz önünə Fransanın obrazı gəlirdi. Lakin təəssüf ki, hər şey birdən - birə alt – üst oldu. Bunlar bütün dünya biləndə ki, Fransa prezidentləri Jak Şirak və onu əvəz edən Nikolos Sarkozi parlamentdən, ölkənin bütün vətəndaşlarına Türkiyədəki yüz il əvvəl erməni “genosid”inə şübhə etmələrini qadağan edən qanun tələb edəndə alt – üst oldu. Əgər Fransanın hər hansı vətəndaşı yazılı bəyan etsə ki, Türkiyədəki mövcud olmayan “erməni genosidi”ni qəbul etmir onda bu insanları təcili həbs və uzunmüddətli zindan həyatı gözləyir. [səh. 473]

Azərbaycan filosofunu demokratik Fransanın mürtəce qərarı- öz vətəndaşlarına və bu ölkədə yaşayanlara həqiqəti deməyi qadağan etməsi çox təəssüfləndirir.

Ə.İsmayılov bütün bunların obyektiv və subyektiv səbəblərini klassik kapitalizmin tənəzzülü və humanizmdən uzaqlaşmasından, böyük dövlətlərin güc mövqeyindən, imperiya diktəsilə çıxış etməsində görür, “erməni genosidi” yalanlarının uzun illər Fransada yaşayan erməni diasporunun uydurma təbliğatının nəticəsi olduğunu göstərir. Ciddi desək, fransızların bir neçə nəsli erməni yalanlarının, ermənilərin yalançı təblliğatının qurbanına çevrilmişdir. Buna görə də fransız cəmiyyətinin əksər hissəsi Osmanlı Türkiyəsindəki baş vermiş tarixi hadisələrə qeyri – obyektiv yanaşır, güclü erməni təbliğat maşınının ideoloji fəaliyyətinin nəticəsində yaranmış yalanları həqiqət kimi qəbul edir. Bir neçə yüz il ərzində ermənilər ardıcıl, məqsədyönlü və dəqiqliklə, düşünülmüş şəkildə öz ideolgiyalarını tətbiq etmiş, fransızların (və bütün avropalıların, hətta dünya ictimaiyyətinin-V.Ö) başlarına özlərinin hazırladıqları yüz faizli yalanlarını yeritmişlər. [səh. 474]

Ermənilər yalnız özlərinin kasad, cılız, “qədim” mədəniyyətlərini deyil, özgələrinin daha zəngin mədəniyyətlərini Qərbə və Avropaya özlərininki kimi sırımağı bacarmışlar. Onlar qədim gürcü salnaməsi “Kartlis Sxovrebanı” öz erməni və başqa dillərə tərcümə edərək dünyaya “milli” salnamələri kimi təqdim etmişlər. Ə. İsmayılov öz vətəninin şərəfli, ləyaqətli oğlu kimi qabiliyyətli və istedadlı filosof kimi doğma Azərbaycana və qardaş Türkiyəyə atılan çirkablı böhtanlara dözməyərək Fransanın həqiqəti tapdalayan, erməni yalanlarına və böhtanlarına inanan prezidenti Sarkoziyə bu məktubları yazmışdır.
Birinci məktub “Erməni faşizmi və genosid haqqında hay yalanları” adlanır. Bu məktubda ermənilərin siyasi institutlarının və təşkilatlarının tarixini araşdıran müəllif aşağıdakı hüznlü, acınacaqlı nəticəyə gəlir:

1. İstisnasız olaraq bu xalqın siyasi partiyaları və hərəkatları quruculuğa deyil, dağıdıcılığa, məhv etməyə yönəlmişdir.

2. Hələ XIX əsrdə yaradılan erməni siyasi partiyaları, müxtəlif qəzet və çap məhsulları, kilsə nəşrlələri də daxil olmaqla bütün nəşrləri uzaqlara gedən mürtəce məqsəd güdür: a) dünya ictimai rəyində antitürk, antimüsəlman əhval – ruhiyyə formalaşdırır.b) dünyaya ermənilərin milli müstəsnalığl kimi faşist cərəyanlı ideyalarını yeridir.c) bütün ermənilərinnəsillərində bəşəriyyətdəermənilərin bütün millətlərdən üstün olduğunu tərbiyə edir, Türkiyəyə, Azərbaycana, Gürcüstana, Rusiyanın Stavropol və Krasnodar vilayətlərinə, Ukraynanın və Moldoviyanın cənub hissələrinə, Qara dəniz və Aralıq dənizinin sahillərinin bir çox hissələrinə ərazi iddialarını stimullaşdırır.

Ə.İsmayılov bütün bunların Sarkozinin hörmət etdiyi “Daşnaksütyun” partiyası tərəfindən hazırlanan “Ermənistan: faciə davam edir” kitabında yazıldığını, Hitler faşizmi ilə müqayisədə erməni faşizminin daha təhlükəli olduğunu faktik materiallarla sübut edir.

Tarixi faktlar erməni faşist partiyalarının türkləri, kürdləri öldürməyirəsmi şəkildə təbliğ etdiklərini, məqsədlərinə çatmaq üçün lazım gəldikdə terrorizm metodlarındanistifadə etdikləriniaçıq şəkildə bəyan ettdiklərini göstərir. Ancaq Türkiyə və Azərbaycanınheç bir siyasi sənədində erməniləri və ya fransızları öldürməyə çağırışlar olmadığı halda türklərə və azərbaycanlılara qarşı genosid həyata keçirmək Ermənistanın rəsmi dövlət proqramının tərkib hissəsinə çevril-mişdir.

Ə.İsmayılovu dəhşətə gətirən prezident Sarkozinin erməni faşizmini, erməni ekstremizmini, terrrorçuluğunu açıq – aşkar müdafiə etməsidir, ermənilərin bütün cinayətlərinə göz yummasıdır: “Cinayətkarın bütün azğın əməllərinə dinməz – söyləməz, sakitcəsinə göz yummaq özü hüquqi və mənəvi cinayətdir. [ səh. 485]

Azərbaycan filosofu prezident Sarkoziyə keçmiş daxili işlər naziri kimi erməni terrorçularının Fransada 1970 – 1980 – ci illərdəki tərətdikləri saysız – hesabsız terrorlarını xatırladır.

Birinci məktubda Türkiyədə 1915-ci ildə “törədilən erməni genosidinin” uydurma olduğu, erməni faşizminin türklərə, azərbaycanlılara, kürdlərə və digər müsəlman xalqlarına qarşı genosid törətdiyi sübut olunur.

Azərbaycan filosofunun Fransa prezidentinə ikinci məktubu: “Erməni faşizminin psixologiyası və onu müdafiə edənlərin əxlaqı”(əslində əxlaqsızlığı) adlanır. Bu məktubda erməni faşizminin bəşəriyyət və dünya sivilizasiyası üçün alman faşizmindən də təhlükəli olduğu faktlarla, arxiv materiallar əsasında sübut edilir. Məktubda deyilir: “Cənab prezident diqqətinizə çatdırıram ki, dünya faşizminin praktikasında görünməmiş qəddarlıqla ermənilər XX əsrin əvvəllərində və sonlarında genosid aktları həyata keçirmişlər. Körpələri süngüdən keçirmək, öz qurbanlarının gözlərini çıxarmaq, qulaqlarını kəsmək, hamilə qadınların qarınlarını yarmaq bütün bunlar emənilərin azərbaycanlılara, türklərə, ləzgilərə - bütövlükdə müsəlmanlara qarşı tətbiq etdikləri işgəncənin tərkib hissələridir. [ səh. 488]

Azərbaycan filosofu bütün bəşəriyytin faciəni dərk edə bilməydiyini, qonşuların bədbəxtiliyinə sevinən bu alcaq xalqın xəstə psixoloqiyasının mahiyyətinə varmadıqlarını göstərir. Başqalarının əzab və əziyyətlərindən kef almaq yalnız erməni xalqının milli xüsusiyyətilərinə xas olan xüsusiyyətlərdir.

100 il ərzində arxiv materialları təkçə türklərə (azərbaycanlılara), gürcülərə, yəhudilərə, ləzgilərə və digərlərinə qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət törətmiş erməni faşizminin cinayətlərinin əsaslı şəkildə sənədləşdiyi mənbələr insan əzabından həzz alan faşist bir millətin psixoloqiya və adətlərinin tam xarakteristikasını aşkara cıxarır. Ermənilər yüz illər ərzində azərbaycanlıları bir millət kimi məhv etmək üçün dəqiq düşünülmüş, əvvəlçədən planlaşdırılmış, genişmiqyaslı məkrli planlar qurmuşlar: “Bütün Azərbaycan xalqının silahsız və baş verəçək façiələrdən xəbərsiz olduğunu bilən erməni faşistləri Bakıdan Göycə gölünə qədər azərbaycanlıların kütləvi qırğınına başladılar. Bundan başqa xristian dünyasının yardım etdiyi erməni başkəsənləri qarşılarına Qərbi (indi Ermənistan adlanan ərazi) və Şərqi Azərbaycanda bütün azərbaycanlıları məhv etməyə qarşılarına məqsəd qoydular. Məhz azərbaycanlıların silahsız olması erməni faşistlərinə böyük ərazilərdə cəmləşməyə, sonra isə bütün müsəlman xalqlarını məhv etməyə, daha sonra isə bu əraziləri “əzəli erməni” torpaqları kimi iddia etməyə imkan verdi. Erməni xalqının milli xarakterinin alcaqlığı ondadır ki, dinç əhaliyə qarşı tarixdə görünməmiş genosid aktı törədir qonşu ölkənin milli bayramını (Novruz bayramını) yasa cevirməkdən həzz alırlar”. [s. 494]

Azərbaycan filosofu öz məktübunda haqlı olaraq göstərir ki, dünyanın taleyinin asılı olduğu güclü dövlətlər tarixi həqiqətin üzə cıxmasında maraqlı deyillər: “Aydındır ki, tarixi həqiqət böyük dövlətlərin və onların başçılarının, o cümlədən Fransa prezidenti kimi sizin maraqlarınıza uyğun gəlmir.

XX əsr tamamilə subut etdi ki, imperiya təfəkkürü bütövlükdə həqiqət və düzgunluyu qəbul etməyə qabil deyildir. İmperiya təfəkkürü həqiqət və düzgunluyu deyil, hakim sinfə faydalı olanları, əl verənləri qəbul edir. Orta əsrlərdən bəri her vaxt XX əsrin sonu XXI əsrin əvvəllərinə qədər Qərb ölkələrinin siyasətində xristian fundamentalizmi bu qədər güclü olmamışdır. Məhz bunun sayəsində miliyonlarla müsəlmanın acısı, kədər və əzabları xristian siyasi xadimləri tərəfindən yad ağrısı, yad kədəri, yad əzabı kimi qəbul olunur. Ən dəhşətlisiodur ki, boyük dövlətlərin başcıları erməni faşiziminin qurbanlarının avropalılar, amerikalılar, katoliklər, pravoslavlar və ya ateistlər kimi eyni hüquqlara malik olan müsəlmanlar olduğunu anlamaq qabiliyyətindən məhrumdurlar. [s.497]

Azərbaycan filosofu Fransa prezidentini azərbaycanlıların dərdlərinin, ağrılarının, iztirablarının mahiyyətini dərk etməyə cağırır.

Azərbaycan filosofunun Fransa prezidentinə göndərdiyi üçüncü məktub “Erməni faşizmini ruhlandıranlar” adlanır.

Azərbaycan filosofu bu məktubunda bütün xalqların dövrlərdə dövlət başcılarının müdrikliyinin ədalətliyinin, saflığının, şəxsi siyasətinin Vətənə sədaqətliliyinin yüksək qiymətləndiriliyini qeyd edir. Şübhəsiz ki, dövlət başçısının ən yüksək məziyyəti müdrikliyə malik olmaqdır. Müdriklik, ahıl, zəka və ona əks olan əxlaqi keyfiyyətləri təhlil edərək müəllif belə qənaətə gəlir ki, bəşəriyyət müasir dövlət başçılarında müdrikliyin catışmadığını aydın hiss edir. Ə. İsmayilov çox doğru olaraq yazır: “Mən inanıram ki, əgər bəşəriyyət öz həyatlarından ağılsız dövlət rəhbərlərini cıxartsalar, güclü mənəvi və sosial tərəqqiyə böyük töhfə vermiş olarlar. [s. 501]

Fransa prezidenti kimi dövlət başçıları ağılsız yalanlar əsasında ağılsız qərarlar verilər. Belə ağılsız yalanlardan biri budur ki, “Osmanlıda yaşayan 200 min ermənidən guya 2,5 miliyonu məhv edilmişdir”. ( Halbuki, həmin dövrdə Osmanlıda təxminən1milyon 2 yüz min erməni var idi.Onlardan 8 yüz mini ərəb ölkələrinə, 2 yüz mini Rusiyaya – Cənubi Qafqaza muhacir etmiş, qalanları isə 2 yüz min nəfər isə Türkiyədə qalmışdi).
Fransa tarixdə iki dəfə Türkiyəyə müdaxilə etmişdir. Birinci dəfə XX əsrin əəvvəllərində Osmanlı dövlətinə basqın edən Fransa erməniləri silahlandırıb dinç yerli müsəlman əhalisini məhv etmək üçün onların üzərinə göndərmişdi. İkinci dəfə XX əsrin sonlarında Fransa prezidentləri (Şirak ilə Sarkozi)öz parlamentlərində türklərin əleyhinə qərar qəbul etdirməklə onlara ikinci müdaxilə etmişlər. Əslində 1914 – 1915-çi il qırğınlarının yaranmasında Rusiya, Böyük Britaniya ilə birlikdə Fransada fəal iştirak etmişdir. Bütün bunları sadaladıqdan sonra Azərbaycan filosofu öz dəyərli məktubunda XIX əsrin sonlarında ermənilərin “Böyük Ermənistan” dövləti ideyasını həyata keçirmək planları qurduqlarını göstərir. Bu plana əsasən ermənilərin “Qərbi Ermənistan” adlandırdıları ərazilər Cənubi Qafqazdaki İrəvan quberniyası ilə - güya “şərqi erməni torpaqları” ilə birləşməlidir. Bütün bunları həyata keçirmək üçün onlar Rusiya Türkiyə müharibəsinə ümid edirdilər. Onlar Rusiya qoşunları tərkibində Türkiyəyə qarşı vuruşur, “dinç erməni əhalisi” isə arxada üsyan qaldırır, yerli türk və kürd əhalisini amansızlıqla məhv edirdilər. Onlar rus qoşunlarının imkanlarından istifadə edərək Türkiyənin bütün dinç əhalisini məhv etmək, bu ərazilərin sahiblərinə cevrilmək istəyirdilər.Ə. İsmayilov faktlara, arxiv materiallarına əsaslanaraq yazır: “Bu vəzifə, erməni ideoloqlarının fikrinçə birinci mərhələdə inqilabi mübarizə ilə həll edilməli idi. İkinçi mərhələdə, erməni milli separatistlərinin fikrinçə bu “dövlətə” “qədim erməni vilayətləri”: Ədənə, Alepo, Trabzon, Bitlis, Sivas, Van, Diyarbəkir vilayətləri birləşməli, Ərzrum şəhəri isə, xəyali “Böyük Ermənistan”ın gələçək paytaxtı olmalı idi.

Üçüncü mərhələdə - Azərbaycan və Gürcüstan əraziləri ilhaq edilməli, oların əhalisi fiziki cəhətdən məhv olmalıdır. Ermənilərin planlarına görə:
a) Türkiyə ərazilərində erməni muxtariyyəti yaradılmalı;
b) “Qərbi” və “Şərqi Ermənistan” birləşdirilməli idi.

Türkiyə arxiv materiallarına görə ermənilərin iddia etdikləri həmin əyalətlərdə əhalinin dəqiq sayı erməni yalanlarını üzə cıxarır:

Əyalətlər

Əhalinin ümumi sayı

Ermənilərin sayı

Ərzrum

645.702

Bitlis

398.625

Van

430.000

Elazıq

Diyarbəkir

Sivas

Adana

Aleppo

995.778

37.999

Trabzob

1.047.700

47.200

Buradan göründuyu kimi ermənilər her bir vilayətdə əhalinin əksəriyyətini təşkil etməmişdir

(Onlar bütövlükdə həmin ərazilərdə əhalinin 14 faizini təşkil etmişlər).

1915-1920-ci illərdə ermənilər özləri 2-3 miliyon türk və kürd dinç əhalisini məhv etdikləri halda, “genosid” bölgəsində 200-300 min qaldığı halda, rəqəmləri şişirdərək 1 500 000 erməninin məhv edilməsindən “bəhs edirlər”.

Azərbaycan filosofunun Fransa prezidentinə dördüncü məktubu “Erməni faşizmini ruhlandıranların həyasızlığı”adlanır.

Azərbaycan filosofu bu məktubunda arxiv materialları və faktlarla erməni “genosid”inin təşəbbüskarlarının ermənilərin özlərinin olduğunu, ermənilərin əsas məqsədlərinin bütün türkləri və azərbaycanlıları məhv etməkdən ibarət olduğunu göstərir.

Ə.İsmayılov Qərbin xristian siyasətçiləri və diplomatlarının şüurlarında Şərq-Qərb, müsəlman-xristian məsələlərinə iki bir-birilə bağlı baxışın möhkəm yer tutduğunu qeyd edir. Bunlardan birincisi ermənilərin “tarixi günahsızlığı”, ikincisi “bütün bədbəxtliklərin müsəlmalardan gəldiyi” streotipidir. Lakin yaxşı ki, Qərbdə Stenford Şou və Castin Makkarti kimi sağlam düşüncəli tədqiqatçılar və siyasətçilər var ki, onlar elmi və tarixi həqiqətə sadiqdirlər. Onlar 2,5 milyon Anadolu müsəlman və türklərinin ermənilər tərəfindən məhv edildiyini sübut etmişlər.

Qeyd edilir ki, XX əsrdə erməni faşistlərinin Türkiyə və Azərbaycan ərazilərində həyata keçirdikləri genosid aktları beynəlxalq hüququn və dünya ictimaiyyətinin qəbul etdiyi genosidin bütün əlamətlərinə uyğun gəlir. Azərbaycan filosofu bunları cənab Sarkozinin diqqətinə çatdıraraq yazır: “Cənab Sarkozi, ermənilər tərəfindən Türkiyə və Zakavkaziyada həyata keçrilən genosidlərin qurbanları yalnız türklər və azərbaycanlılar deyil, həm də kürdlər, ləzgilər, yəhudilər və digər xalqların nümayəndələridir...”[s.517].

Ə.İsmayılov arxiv materialları əsasında göstərir ki, Hitler Almaniyasında faşist qoşunlarının tərkibində 33 erməni batalyonu da iştirak edirdi. Həmin erməni başkəsənləri Şimali və Cənubi Qafqazda, Qara dəniz sahillərində, Rusiyanın Stavropol və Krasnodar vilayətlərində bütün əhalinin məhv edilməsinə “Böyük Ermənistan” dövlətinin yaradılmasının birinci mühüm mərhələsi kimi baxırdılar. “Qeyd etmək lazımdır ki, II Dünya müharibəsi illərində Çeçen-İnquşetiya, Karaçay-Çərkəz, Kabardino-Balkariya və Şimali Qafqazın digər rayonlarından, türk müsəlmanların, eyni zamanda Krım tatarlarının köçrülməsinin-erməni faşizminin işğalçılıq siyasıtinin tərkib hissəsi olan bu köçürmə siyasətinin təşəbbüskarı Anostasa Mikoyan idi. Şimali-Qafqazdan və Krımdan müsəlman xalqlarının köçürülmə məsələlərində məsləhətçisi faşist “Daşnaksütyün” partiyasının ultra mürtəce liderlərindən biri olan, Ermənistanın ilk prezidenti olmuş Kaçaznuni idi”.[s.518]

Kitabdan oxuyuruq ki, XX əsrin əvvəllərində Ermənistan sovetləşdikdən sonra bu erməni faşist lideri ABŞ-a qaçmış, tezliklə ABŞ-ın dövlət katibinin köməkçilərindən birinin müşaviri olmuş, oradan Anastasi Mikoyana antisovet və antimüsəlman məsləhətlər vermişdir.

Fransa prezidentinin tarixi Həqiqəti danışmağı öz vətəndaşlarına qadağan etməsini demokratiyaya xəyanət kimi dəyərləndirən, Şərqlə Qərb, fransız xalqı ilə türk dünyası arasında düşmənçilik toxumu səpən erməni faşizmi ideologiyasına xidmət edən ilk Fransız prezidenti olduğunu, onda dövlət rəhbəri üçün ən yüksək dəyər olan Müdrikliyin çatışmadığını göstərən Azərbaycan filosofu məktubun sonunda yazır: “Mən köhnə nəslin nümayəndəsiyəm, gəncliyimdə və yetişkinlik yaşlarımda humanizm ideyalarına yeni nəfəs və yeni töhfə verən İtaliya İntibahı və Fransız maarifçiyi haqqında çox əsərlər oxumuşam. Ancaq indi, üçüncü minilliyin əvvəllərində fransız prezidenti və fransız parlamentinin xalqların taleyinə, saflıq, düzgünlük ideyalarına münasibətləri məsələləri üzərində düşünərək istər-istəməz öz-özümə suallar verirəm: “Böyük italyanlıların və fransızların humanizmi hara getdi? Russonun və Volterin nəsillərinin fəlsəfi şüuru nə vaxt və necə təbəxxür etdi, haraya uçub getdi?

Cənab prezident, dövlət xadiminin əyləncə naminə tonqalı daha da alovlandıran tələm-tələsik qərarlar vermək haqqı yoxdur. Bundan başqa, heç bir dövlət vəzifəsi insanların başlarına yüksək kabinetlərin Ağıl və Müdrikliyini yerləşdirə bilməz.

Buna görə də tarixi keçmişin elmi məsələlərini həll etmək prezidentlərin işi deyil, bu məsələalimlərin səlahiyyətindədir. Gəlin onlara bu faciəni bütün təfərrüatı ilə araşdırmağa imkan verək. Heç bir dövlət rəhbəri türk və azərbaycanlı uşaqların tonqallarda diri-diri yandırılmasına haqq qazandıra bilməz. Bu vəhşiliyə bəraət qazandırmaq olmaz. Bütün dünya, bütün ölkələr uşaqları yandırmaq, hamilə qadınların qarınlarını yarmaq, qızların gözlərini çıxarmaq psixologoiasının aradan qaldırılmasında, kökünün kəsilməsində yaxından, fəal iştirak etməlidir. Əgər sabah Azərbaycan və Ermənistan arasında müharibə yenidən başlasa bu halda mən erməni uşaqlarının tonqallarda yandırılmasını istəmərəm Bu bir müdhiş dəhşətdir. Mən əminəm və fəxr edirəm ki, mənim heç bir həmvətənim bunu etməz, çünki bu mənim xalqımın yüksək mədəniyyətinə və mənəvi prinsiplərinə ziddir. Gəlin birlikdə vəhşiliyə “Yox” deyək.

Bir də, başqalarını mühakimə edəndə öz arxana da dönüb baxmaq lazımdır. Yaxın vaxtlarda əlcazairli müsəlmanlar parlamentə FransanıƏlcazairdə müstəmləkə dövründə (1830-1962) törətdiyi cinayətlərə görə üzr istəməyə çağıran qanun layihəsi təqdim etmişlər. İslahatlar uğrunda Milli hərəkatın üzvü Əbdül Səlam Kamal deyir: “Fransız hakimiyyəti öz ölkəsinin günahını Əlcazair qarşısında öz əcdadlarının törətdikləri cinayətlərə görə üzr itəməlidirlər. Müstəmləkəçiliyin 123 ili ərzində 3 milyon nəfərdən artıq əlcazairli öldürülmüşdür”-
Cənab Sarkozi, bu necə ola bilər? Bəlkə, “ermənilərin genosidi” ilə birlikdə bu məsələni də müzakirə edək. Gəlin müzakirə edək-bu məsələdə ermənilər sizə çox kömək edə bilər.

Bəlkə, hələ Napaleonun saysız- hesabsız cinayətlərini də müzakirə edək?

Arxanızda bütün bunlar ola-ola siz tarixi ədalətsizlik və genosid məsələlərində şübhəsiz, rəddedilməz arbitr kimi çıxış edirsiniz!.

Fransa prezidentinə məktubumu sona yetirərək, demək istəyirəm ki, müasir dövlət rəhbərlərinin əməllərində Müdriklik və fəlsəfi dərketmə çatışmır.
Əgər Siz və Sizin həmkarlarınızda bu çatışmazlığı aradan götürməyə dərk olunmuş təlabat yaranarsa, onda mən filosof kimi, ilkin təcili yardım göstərməyə hazıram. Bütün fransız xalqına xoşbəxtlik arzulayıram!
Hörmətlə, Azərbaycan filosofu Əmrəli İsmaiılov.
09.04.2012-ci il.

Məqalənin əvvəlində görkəmli şairimiz, mərhum Zəlimxan Yaqubdan gətirdiymiz misrada deyildiyi kimi insan qoçalanda da belə qoçalar, Əmrəli müəllim kimi. Qoçalığında erməniliyi,erməni façlzmini öz güclü qələmi ilə darmadağın etməyi bacarmış, vətənpərvər,ləyaqətli insan, müdrik Azərbaycan filosofu Əmrəil İsmayılov kimi.