Asəf Zeynallının baxımsız məzarı təmizləndi FOTOLAR

2 İyun 2020 15:50 (UTC+04:00)

Dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkar Asəf Zeynallının baxımsız qalan məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, onlar məzar ətrafında təmizlik işləri aparıblar.

Bunla bağlı M.Mehmandarov sosial şəbəkədə paylaşım edib. O, təmizlikdən sonra lentə alınan şəkilləri izləyiciləri ilə bölüşüb.