Şəkidə yanğın baş verib

2 İyun 2020 15:27 (UTC+04:00)

Şəki şəhərinin Böyük Dəhnə kəndində ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlamasının 700 kiloqramı yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.