"Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib"

2 İyun 2020 14:39 (UTC+04:00)

“Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib. Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi: "Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi olaraq, kifayət qədər profisit var. Operativ məlumatlara əsasən, bizdə 500 mln. manat profisit yarandığını göstərir”.