Bakı sakininin evindən küllü miqdarda narkotik götürüldü

2 İyun 2020 14:42 (UTC+04:00)

Səbail rayon sakini Ş.Fərzəliyevin yaşadığı evdən 6 kiloqramdan artıq marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ş.Fərzəliyevin 20-ci sahədə yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 6 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.