Türkiyədə 3 il seçkilər keçirilməyəcək - Dövlət Bağçalı

2 İyun 2020 14:05 (UTC+04:00)

“Türkiyədə 2023-cü ilin iyun ayına qədər seçkilər keçirilməyəcək”. SİA-nın məlumatına görə, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.

MHP lideri yerli mediada erkən seçkilərin keçiriləcəyi ilə bağlı yayılan məlumatlara belə cavab verib: “Parlament seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Erkən seçki iddiaları tələdir, kirli niyyətdir, dibi uçurum olan bir oyundur. Türkiyədə bu tələyə düşəcək və oyuna girəcək ağılsız yoxdur”.