ABŞ-da daha bir dəhşətli cinayətin üstü açıldı

2 İyun 2020 13:57 (UTC+04:00)

ABŞ-ın Kentuki ştatının Luizvill şəhərinin polis rəisi Stiv Konrad vəzifəsindən qovulub. SİA xəbər verir ki, buna səbəb şəhərin məşhur restoranının sahibi, qaradərili Devid Makkatinin polis tərəfindən öldürülməsidir.

Şəhərin bələdiyyə sədri Qreq Fişerin məlumatına görə, mart ayında evində polis tərəfindən öldürülən qaradərili Breonna Taylor üçün ədalət tələbi ilə keçirilən etiraz aksiyaları zamanı polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb. Bu zaman Makkati polisin silahından açılan atəşin hədəfi olub. Onun vurulduğu olay zamanı polislərin kameraları görüntüləri qeydə almayıb.

İstintaqçılara lazımi dəlilləri təqdim edə bilməyən polis rəisi də məhz buna görə işindən qovulub.