Firəngiz Mütəllimovadan Yaşar Nurinin xanımına CAVAB-VİDEO+FOTO

2 İyun 2020 15:05 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, verilişlərin biri buraxılışını mərhum Xalq artisti Yaşar Nuriyə həsr edilib. SİA-nın məlumatına görə, proqramda aktyorun həyat yoldaşı Rəhimə xanım və qızı Ülkər qonaq olublar. Rəhimə xanım Y.Nuridən danışarkən onun Xalq artisti Firəngiz Mütəllimovanı sevdiyini etiraf edib.

O, aparıcının "Yaşar Nuri Firəngiz Mütəllimovanı sevirdi" sözlərinə "Bəli, sevirdi. Axır ki, dedi. Yaşar da gözəl idi" cavabını verib.

Rəhimə F.Mütəllimova ilə indi əlaqələrinin olmadığını söyləyib.

Qarşı tərəfin cavabı gecikməyib. Belə ki, Xalq artisti Firəngiz Mütəllimova aktyorun qızı Ülkərin şəklini sosial media hesabında yayımlayıb və bu sözləri əlavə edib: "Hər zaman zəngləşirik, danışırıq. Ülkəri izləyirəm, mahnılarını dinləyirəm. Ülkər mənim çox xoşuma gəlir. O, Yaşar Nurinin qızıdır. Onun parlaq gələcəyi var. Onlar mənim üçün çox doğma insandırlar".