Nazirlikdən işçilərin işdən çıxarılması haqqında yayılan xəbərə CAVAB

2 İyun 2020 13:02 (UTC+04:00)

Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi SİA-ya bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb.