Ermənilərin hər bir yalanının arxasında gizli bir həqiqət durur - ŞƏRH ÖZƏL

2 İyun 2020 12:47 (UTC+04:00)

"Paşinyanın koronavirusa yoluxduğuna inanmıram, çünki Ermənistanın daxilində həddən artıq böyük siyasi gərginlik var. Hətta onun təhlükəsizlik katibi belə 6 ay bundan əvvəl gəlməsinə baxmayaraq Paşinyanın iç üzünü açıb onun Rusiyaya gizli adam göndərdiyini, İranla gizli danışıqlar apardığını görüb. Təhlükəsizlik katibi də deyir ki, sənin münaqişədə olduğun tərəf Azərbaycan idisə, sən Azərbaycana üz tutmalısan, lakin bütün hallarda danışıqları pozursan. Paşinyanın isə əsas məqsədi onun üzərinə yönəlmiş diqqəti başqa tərəfə yönəltməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Paşinyan 2 il ərzində verdiyi sözə əməl etmədiyinə görə, ortaya onun istefası məsələsi qoyulub: "Şərq xalqlarında bir psixologiya var ki, kim məzlumdur və bir az zülm çəkirsə, ona yazıqları gəlir. Paşinyan da həmin o vəziyyətdən istifadə edir. Hazırda özünün, qızının və arvadının koronavirusa yoluxduğunu elan edib və 2 həftə guya təcrid olacaq. Bu müddət ərzində Paşinyanın yanındakılar çalışacaqlar ki, kimlər bu komanda üçün gələcəkdə təhlükə törədə bilər, onları aradan götürəcəklər. Bununla da İrəvanda siyasi terror baş alacaq. Bu müddət ərzində kimlərsə öldürüləcək. Paşinyan öz hakimiyyəti üçün hər kəsi öldürməyə hazırdır və hazırda o çox çətin vəziyyətə düşüb".

C.Nuriyev vurğulayıb ki, Azərbaycan ordusunun keçirdiyi təlim məşqləri, Azərbaycan parlamentində müharibə məsələsi artıq tez-tez gündəmə gəlməsi, Yeni Azərbaycan Partiyasının rəhbərliyinin bu məsələni açıq şəkildə gündəmə gətirməsi, Müdafiə nazirinin çıxışı, cənab Prezidentin çıxışları hansı ki, Dağlıq Qarabağ bir tərəfə 2008-ci ildən artıq İrəvanı, Zəngəzuru tələb edir. Cənab Prezident sonuncu çıxışında dakı nitqi- bizim müharibə variantı istisna olunmur, amma biz bunu etmirik. Əgər müharibə olsa Ermənistan bir dövlət kimi iflasa uğrayacaq. Azərbaycanın bu məsələdə itirəcəyi bir şey yoxdur, əksinə Azərbaycan qazanacaq. Bizim ən böyük bədbəxtçiliyimiz odur ki, bir hər şeyi kişiyana edirik. Amma düşməni öz silahı ilə vurmaq lazımdır. Bütün hallarda Paşinyan bilir ki, Azərbaycandan atılacaq istənilən birinci atəş onun üçün hakimiyyətin sonu olacaq. Ona görə də Paşinyanın koronavirusa yoluxması fırıldaqçılıqdan başqa bir şey deyil. Ermənilər nə edirsə, onun əks tərəfini fikirləşmək lazımdır. Çünki onlar hər şeyi ölçüb-biçirlər. Onların hər bir yalanının arxasında gizli bir həqiqət durur".