Növbədənkənar sessiyanın növbəti plenar iclası iyunun 5-də keçiriləcək

2 İyun 2020 12:35 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyun ayının 5-də keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova qeyd edib ki, bu gün cari məsələlərin müzakirəsi üçün yazılan 20 deputatın siyahısı saxlanılacaq və növbəti iclasda onlara söz veriləcək.