"Cəbhəyanı bölgələrdə torpaq islahatlarına ehtiyac var" Vüqar Bayramov

2 İyun 2020 12:08 (UTC+04:00)

"Torpaq islahatları aparılmayan kəndlərdə islahatların aparılmasına ehtiyac var".SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, torpaq islahatlarının aparılması həmin kəndlərdə yaşayan insanların dövlətdən subsidiya almasına şərait yaradır.

"Xüsusilə cəbhəyanı bölgələrdə yerləşən kəndlərdə bu islahatlar aparılmayıb. Bu kəndlərdə təsərrüfatla məşğul olan insanlar dövlətdən subsidiya ala bilmir. Təmas xəttində bu islahatların davam etdirilməsi həmin kəndlərdə yaşayan sakinlərin də subsidiyadan faydalanmasına şərait yaradar".