Deputatdan suvarma ilə bağlı problemin həllinə ÇAĞIRIŞ

2 İyun 2020 12:00 (UTC+04:00)

"Burada dəfələrlə deputat həmkarlarım və mən təmsil etdiyimiz rayonların su problemini qaldırmışıq". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.

O bildirib ki, Qənirə Paşayeva, Ramil Həsən, Jalə Əliyeva təmsil etdikləri rayonlarda olan suvarma problemindən danışıblar: "Mənim təmsil etdiyim Qazax rayonununda da bu problem var. Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır. Aidiyyəti qurumları bu məsələni həll etməyə çağırıram. Artıq "Azərsu"ya müraciət etmişik".