"İçinizdəki qurdlar imkan vermirsə, ailənizi söydürməyin” FOTO

2 İyun 2020 16:26 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşov sosial şəbəkədə ona yazılan rəylərdən narahat olub. SİA-nın məlumatına görə, aktyor bu barədə "İnstagram" səhifəsində yazıb: “Rəy bildirəndə tərbiyəsizliyinizi göstərməyin, ağzınıza gələni yazmayın, nəslinizi narahat etməyin. Öz işinizlə məşğul olun, bacarırsınızsa, xoş rəylər bildirin. Yox, əgər içinizdəki qurdlar imkan vermirsə, ailənizi söydürməyin”.