"Qanunların icrasına nəzarət etmək üçün qurum yaradılsın"

2 İyun 2020 11:35 (UTC+04:00)

"Azərbaycan müstəqillik əldə edəndən sonra yüzlərlə qanun qəbul etmişik. Lakin bəzi qanunlar hələ də işləmir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Eldar Quliyev deyib.

O təklif edib ki, qanunların icrasına nəzarət etmək üçün qurum yaradılsın: "Ölkə başçısı da Milli Məclisin ilk iclasında çıxışı zamanı keyfiyyətin əsas olması fikrini səsləndirdi. Bu qurum qanunların icrasına nəzarəti həyata keçirsin. Bununla da qəbul edilən qanunlar işlək hala gələ bilər".