"Yaşıllıqların suvarılması problem olaraq qalır" Məlahət İbrahimqızı

2 İyun 2020 11:25 (UTC+04:00)

"Çox təəssüf ki, bu gün Nəsimi rayonunda yaradılan yaşıllıqların suvarılması problem olaraq qalmaqdadır. Bu, Bakının bütün rayonlarında belədir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür: "Bu problemin ən qısa zamanda həll olunmasını xahiş edirəm. Vətəndaşlar öz hesabına bu problemi həll etməyə çalışsalar da, bu alınmır. Həmin idarə edilən müraciətlərə cavab verməli, tədbirlər görməlidir".