Dünyada koronavirusdan ölənlərin sayı 400 minə yaxınlaşır

2 İyun 2020 09:43 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 123 min nəfər artıb. SİA "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 1-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 122 min 917 nəfər koronavirusa yoluxub, 4 min nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 6 milyon 057 min 853, ölənlərin isə 371 min 166 nəfərə çatıb.