Acun ad gününü özündən 30 yaş kiçik sevgilisi ilə belə qeyd etdi FOTOLAR

2 İyun 2020 09:09 (UTC+04:00)

"Survivor 2020" çəkilişləri səbəbi ilə Dominikan respublikasında olan TV8 telekanalının sahibi Acun Ilıcalı doğum gününü özündən 30 yaş kiçik sevgilisi və dostları ilə birgə qeyd edib. SİA-nın məlumatına görə, 51 yaşlı aparıcı sevgilisi ilə yanaşı "Survivor" iştirakçıları, dostları ilə də görüntülərini izləyiciləri üçün bölüşüb.

Karantin səbəbi ilə uzun müddət Türkiyəyə gedə bilməyən aparıcı qızlarının onun üçün hazırladığı tortun da şəklini sosial şəbəkədə nümayiş etdirib. A.Ilıcalı fotolara "Həyatımın ən uzun doğum günü idi. 3 qitədə qeyd etdim. Qeyd edən hər kəsə təşəkkür edirəm" sözlərini yazıb.