“Eli Lilly” şirkəti koronavirusa qarşı vaksini insanlar üzərində klinik sınaqdan keçirib

2 İyun 2020 08:47 (UTC+04:00)

"Eli Lilly" şirkəti koronavirusa qarşı vaksini insanlar üzərində klinik sınaqdan keçirməyə başlayıb. Şirkətin rəhbərliyi artıq pasientlərin ilk qrupunun sınağın başlanğıc mərhələsində təyin olunmuş dozada vaksin qəbul etdiyini bildirib.

SİA xəbər verir ki, bu, koronavirusun anticisimlərlə müalicəsi üçün dünyada bu istiqamatdə aparılan ilk tədqiqatdır. "Eli Lilly" COVID-19-a qarşı vaksin hazırlayan şirkətlərdən biridir. Həftənin bazar gününə kimi bu virusdan bütün dünya üzrə 370 mindən çox insan həyatını itirib.

Tədqiqatlarda COVID-19-un pozitiv diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş pasientlərə vaksin tətbiq ediləndən sonra onların vəziyyəti və həmin vaksinin təhlükəsizlik dərəcəsi qiymətləndiriləcək. Məlumatda nəticələrin iyunun sonunda bəlli olacağı bildirilir.

"LY-CoV555" vaksini ilə eksperimental müalicə "AbCellera Biologics" fərdi şirkətli ilə birgə əməkdaşlıq əsasında həyata keçirilib. "Eli Lilly" koronavirus COVID-19-un profilaktikası və müalicəsi üçün anticisimlər üzərində test aparmaq məqsədilə martda həmin şirkətlə tərəfdaşlıq sazişi imzalayıb.

"Eli Lilly" şirkətinin nümayəndələri bildirib ki, anticisimlər vasitəsilə həmin vaksinin hazırlanmasına yeni koronavirusun yaratdığı ağciyər xəstəliyindən sağalmış şəxsin qan nümunələri ABŞ-da ilk pasientlərə çatdırılandan sonra başlanıb.