ABŞ-ın İllinoys ştatında kiçik təyyarə qəzaya uğrayıb

2 İyun 2020 03:45 (UTC+04:00)

ABŞ-ın İllinoys ştatında kiçik təyyarə qəzaya uğrayıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, qəza Karlinvil şəhərindən 5 kilometr aralıda, yaşayış evlərinin yaxınlığında baş verib.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu və 3 sərnişini həlak olublar.

Qəzanın səbəbləri barədə məlumat verilməyib, milli təhlükəsizlik idarəsi istintaq aparır.