Azərbaycanda pul bazası yenidən artmağa başlayıb

1 İyun 2020 17:49 (UTC+04:00)

Azərbaycanda pul bazası bu il iyunun 1-nə 10 921,2 milyon manat təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, mayın 1-i ilə müqayisədə 855,5 milyon manat və yaxud 8,5% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 1 231,3 milyon manat və yaxud 10,1% azalıb, son 1 ildə isə 748,8 milyon manat və yaxud 7,4% artıb.