Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

1 İyun 2020 17:35 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbirlərini onlayn formatda davam etdirir. Qalereyadan SİA-ya bildirilib ki, iyunun 2-də saat 21:00-da Toğrul Nərimanbəyovun əziz xatirəsini yad etmək məqsədilə Qalereyanın “Instagram” hesabında canlı yayım olacaq.

Canlı yayımda Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova və Azərbaycanın Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı çıxış edəcəklər.