Kitabxana Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbirlər təşkil edib FOTOLAR

1 İyun 2020 15:27 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. SİA-nın məlumatına görə, Biləndər Tədris Mərkəzinin “Mehriban” vokal qrupunun ifasında uşaqlara həsr olunmuş videoçarx hazırlandı. Uşaqların ifa etdiyi mahnının sözləri və musiqisi “Mehriban” qrupunun bədii rəhbəri Esmiralda Hüseynovanındır.

Eyni zamanda, kitabxanada “Uşaqlar bizim gələcəyimizdir” adlı kitab sərgisi hazırlanıb.