Tiqran Urixanyan: "Hamımız Paşinyanla təmasda olmuşuq" Parlamentdə vahimə

1 İyun 2020 13:59 (UTC+04:00)

Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan baş nazirf Nikol Paşinyanın koronavirusa yoluxmasından sonra qanunverici qurumun spikeri Ararat Mirzoyandan parlamentin gələcək fəaliyyəti ilə bağlı maraqlanıb. O, bildirib ki, baş nazirdə koronavirus müəyyən edilməsinə baxmayaraq, o ötən həftə parlament deputatları ilə görüşüb.

“Bu, o deməkdir ki, bir neçə gün, hətta həftələr ərzində baş nazir virus daşıyıcısı olub”, deyən erməni deputatı həmçinin bildirib: “Məsələn, o mənə sənəd verdi və mən məcburi şəkildə həmin sənədi götürdüm, Edmun Marukyan onunla kofe içib və sizin bir çoxunuz, hörmətli “Mənim addımım” fraksiyasının üzvləri, onunla təmasda olmusunuz. Yəni bizim çoxumuz təmasda olmuş şəxslərik, bəs bizim qurumun məsələsi nə yerdə qalacaq?” .

Parlamentin spikeri Ararat Mirzoyan isə bəyan edib ki, artıq bu suala cavab verib və qeyd edib ki, mümkün olanda bir daha həmin mövzuya toxunacaq.