"Hazırda maskalardan istifadə ilə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir"

1 İyun 2020 12:49 (UTC+04:00)

"Hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı I Vitse-spiker Əli Hüseynli deyib.

O bildirib ki, burada məqsəd heç bir halda vətəndaşları cərimələmək deyil, onları qorumaqdır: “Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.