Avtomobildən oğurluq edən şəxslər tutuldu

1 İyun 2020 12:41 (UTC+04:00)

Səbail rayonu ərazisində avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisində “Renault” markalı avtomobildən 560 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.