Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi

1 İyun 2020 12:12 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Daf XF 105 460" markalı yük nəqliyyat vasitəsilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı o, avtomobildə gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlaması nəticəsində həmin nəqliyyat vasitəsinin salonunda - oturacağın alt hissəsində, hava filtrinin içərisində gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Bu mallar üzərində "R.Ş.A" yazılan 4 rulon, üzərində "R.Ş.A Collection" yazılan 98000 ədəd, üzərində "Öznur" yazılan 1100 ədəd, üzərində "İpek Home Collection" yazılan 3500 ədəd etiketdən ibarət olub.

Faktla bağlı araşdırma aparılır.