Məzunlar harada imtahan verəcək?

1 İyun 2020 11:52 (UTC+04:00)

"Hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək". SİA-nın verdiyi məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanlar 1000-ə yaxın binada keçiriləcək: “Hər gün ən azı, 4 növ imtahan kitabçası məzunlara təqdim ediləcək. Hər imtahan zalına bir nəzarətçi, hər 100 nəfərə bir imtahan rəhbəri ayrılacaq. Həmin şəxslərə müxtəlif təlimlər keçirilib və onlar artıq imtahanlara hazırdırlar”.