Ali məktəblərə və kolleclərə qəbul imtahanları elan edilməyib

1 İyun 2020 11:29 (UTC+04:00)

"Hələlik ali məktəblərə və 11 illik bazadan kolleclərə qəbul imtahanları elan edilməyib". SİA-nın verdiyi məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarının tarixi iyunun 5-dən sonra elan ediləcək, abituriyentlərin sayına uyğun olaraq, imtahan günləri müəyyən ediləcək.

"Ali məktəblərə və 11 illik bazadan kolleclərə sənəd qəbulu iyunun 5-dək aparılacaq. İndiyədək 75 692 nəfər ali məktəbə sənəd verib. Onların təxminən 12 800 nəfəri əvvəlki illərin məzunudurlar".