Növbədənkənar sessiyanın ilk iclası başlayıb

1 İyun 2020 11:03 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb. SİA-nın məlumatına görə, növbədənkənar sessiya dövlət himninin oxunması ilə açıq elan edilib.

İclasın gündəliyinə 1 məsələ daxildir. Bu, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (ikinci oxunuş).