"Heç bir uşaq ailəsindən uzaq, aclıqla və sağlamlıqla sınanmasın" FOTOLAR

1 İyun 2020 13:13 (UTC+04:00)

Aparıcı Könül Muxtarova qızı İncinin şəkillərini sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, o, övladını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə belə təbrik edib: "İncim və bütün balaların günü mübarək olsun. Heç bir uşaq ailəsindən uzaq, aclıqla və sağlamlıqla sınanmasın. Valideyn anlayışını qavrayanlara isə övladla qürurlanmağı nəsib etsin".