"Müğənni istehsalına “stop” deyək" FOTO

1 İyun 2020 11:05 (UTC+04:00)

Əməkdar artist Nuriyyə Hüseynova müğənnilərin çoxluğundan gileylənib. SİA-nın məlumatına görə, ifaçı sosial media hesabında onlarla bağlı heç kimin gözləmədiyi paylaşım edib: "Bəlkə, müğənni istehsalına "stop" deyək? Məncə, yetər! Oynamaq, oxumaq rekordunu qırdıq. Vətənin ürəyi olan Şuşada düşmən at oynadırsa, bu millətin bütün günü çalıb-oynamağa haqqı yoxdur. Zövqümüzü bəzi televiziyalar və səviyyəsiz aparıcılar korladı. Yadınızda bir şeyi saxlayın: təbliğat hər şeydir".

Sosial şəbəkə istifadəçiləri isə xanəndənin bu fikirlərini bəyəniblər ona dəstək olublar.