İyunun 1-də xarici valyutaların manata qarşı məzənnələri

1 İyun 2020 10:01 (UTC+04:00)
Azərbaycan Mərkəzi Bankı 1 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, iyunun 1-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1.8927 manat təşkil edir. 1 türk lirəsi 0.2496 manat, 1 rus rublu 0.0242 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5405 manatdır.