Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

1 İyun 2020 09:25 (UTC+04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.