Türkiyə növbədənkənar seçkilərə getməyəcək - AÇIQLAMA

1 İyun 2020 09:44 (UTC+04:00)

"Vaxtından əvvəl seçki ilə bağlı müzakirələrin aparılması Türkiyə gündəmini dəyişməyə yönəlmiş səylərdən başqa bir şey deyil". SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müşaviri Numan Kurtulmuş deyib.

Müşavir bildirib ki bu cür səylər faydasızdır: "Türkiyənin mövcud siyasi konyukturasında erkən seçkilərlə bağlı mühit mövcud deyil. Bu məsələ müzakirə mövzusu da deyil. Türkiyədə seçkilər vaxtı çatanda 2023-cü ildə keçiriləcək".