Türkiyədə daha 25 nəfər koronavirusun qurbanı oldu

1 İyun 2020 09:41 (UTC+04:00)

Türkiyədə son sutka ərzində 839 yeni yoluxma faktı qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 25 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 540, yoluxanların sayı isə 163 min 942 nəfərə çatıb.

Türkiyədə indiyədək 127 973 xəstə sağalaraq evə buraxılıb.