Elnarədən ilginc sözlər FOTO

1 İyun 2020 09:07 (UTC+04:00)

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə sərhədçi geyimində şəklini yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına ilginc sözlər yazıb: “Həyat mübarizədir. Əgər rəqibin sənə savaş elan edirsə - vacibdir ki,bu çağırışı qəbul edəsən. Və döyüşə alnı açıq - üzü ağ girəsən. Artıq kimin qalib, kimin məğlub olması önəmli deyil. Önəmli olan rəqibinin gözünün içinə mərdi-mərdanə baxa bilməkdir. Əgər bunu etməyə özündə cürət tapırsansa, demək ki, haqlısan. Haqlı tərəf isə şübhəsiz qalibdir. Mən fəxr edirəm ki, sərhədçiyəm!”.

Qeyd edək ki, E.Xəlilova Dövlət Sərhəd Xidmətində çalışır. O, hazırda leytenant rütbəsini daşıyır.