Respublika Uşaq Kitabxanası növbəti onlayn viktorina elan edib

1 İyun 2020 09:46 (UTC+04:00)

İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ailəvi onlayn viktorina keçirəcək. SİA-nın məlumatına görə, müsabiqə zamanı iştirakçılara 50 sual təqdim olunacaq. Qalib çıxan ailəyə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 5 kitab hədiyyə ediləcək.

Viktorinanın keçirilməsində məqsəd valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.

Suallar clb.az saytında təqdim olunacaq.