Dortmund "Borussiya"sından böyük hesablı qələbə

31 May 2020 23:39 (UTC+04:00)

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün Dortmund "Borussiya"sı səfərdə autsayder "Paderborn"la qarşılaşıb. Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1. "Borussiya"nın gənc yarımmüdafiəçisi Ceydon Sanço het-trik edib.

"Paderborn" – "Borussiya" (Dortmund) - 1:6
Qollar: Hazard, 54 (0:1), Sanço, 57 (0:2), Hunemeyer, 72 (1:2), Sanço, 74 (1:3), Hakimi, 85 (1:4), Şmeltser, 89 (1:5), Sanço, 90+1 (1:5)

Bu nəticədən sonra "Borussiya" 60 xalla 2-ci, "Paderborn" 19 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.