Mayın 8-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sayokan döyüş sistemi üzrə II açıq Respublika Turniri keçiriləcək. SİA-nın xəbərinə görə, turnir Bakı şəhəri Binəqədi idman kompleksində keçiriləcək.
Turnirdə Bakı filialları ( Binəqədi, Suraxanı, Yasamal, Sabunçu, Nərimanov), Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Füzuli, Ağdam komandaları iştirak edəcək. İştirakçılar Sayokan döyüş sisteminin Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparacaq. Bütun komandalar istənilən say tərkibdə təmsil olunacaq.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin prezidenti Vasif Namazov bildirib ki, bu turnir hər il keçirilir: "Bu ənənəvi bir turnirdir. Məqsədimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək və onun yaratdığı milli dövlətçilik ideyalarını yetişməkdə olan gənc nəsilə aşılamaqdır. Sayokan Döyüş Sənəti dünya türk xalqlarının döyüş sənəti olduğu üçün burada milli elementler daha çoxdur. Biz Sayokan döyüş sənətinin Respublika ərazisində inkişafına nail olmaqla yanaşı, eləcə də böyüməkdə olan gənc nəslin milli ruhda formalaşmasına, müsbət əxlaqi keyfiyyətləri və sağlam inkişafına nail olmaqdır".
Qeyd edək ki, Sayokan dünya türklərinin döyüş sənətidir.