Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

1 İyun 2020 05:24 (UTC+04:00)

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində, ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin 1 otağında yataq dəsti qismən və dəhlizində dolab 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.