Cəlilabadda məktəb tikintisi zamanı yeni maddi mədəniyyət nümunələri aşkarlanıb

31 May 2020 23:14 (UTC+04:00)

Cəlilabad rayonunun Badamağacı kəndində modul tipli məktəbin tikintisi zamanı yeni maddi mədəniyyət nümunələri aşkar edilib.

SİA xəbər verir ki, ərazidə qazıntı işləri aparılarkən 1,5 metr dərinlikdən 3 saxsı qab aşkarlanıb.

Aşkar edilmiş maddi mədəniyyət nümunələri Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.