“Fənərbaxça”nın sabiq futbolçusu avtomobil qəzası keçirib

31 May 2020 22:31 (UTC+04:00)

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzia avtomobil qəzası keçirib.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi sol əlindən yaralanıb.

“Dijon” klubunun prezidenti Olivye Delkort, Benzianın əməliyyat olunduğunu və bir neçə gün xəstəxanada qalacağını bildirib.

Benzia “Dijon”dan əvvəl “Olimpiakos”, “Fənərbaxça”, “Lion”, “Lill” kimi klublarda da çıxış edib.