Ağstafada ağır qəza - avtomobil körpüdən aşdı

31 May 2020 21:23 (UTC+04:00)

Ağstafa rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Poylu kəndində qeydə alınan hadisədə avtomobil körpüdən aşıb və 2 nəfər yaralanıb.

Yaralı rayon sakinləri - 41 yaşlı Həsən Abdullayev və 29 yaşlı Vidadi İbrahimov Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, qəza yüksək surət səbəbindən baş verib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Qəzanın təfərrüatları dəqiqləşdirilir