Hande Harmancı Qobustan Milli Tarix-Bədii Qoruğunun qonağı olub FOTOLAR

31 May 2020 16:45 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Qobustan Milli Tarix-Bədii Qoruğunun qonağı olub. SİA-nın məlumatına görə, qoruq ərazisində yaradılmış muzeyin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxan qonağa Qobustan abidələri, burada aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri barədə məlumat verilib, bəşər sivilizasiyasının ilkin izlərini özündə əks etdirən Qobustan abidələrinin 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi qonağın diqqətinə çatdırılıb.

Sonra qonaq qoruq ərazisində aparılmış tədqiqat işləri ilə maraqlanıb, qayaüstü rəsmlərə baxıb. Qobustan abidələrinə heyranlığını ifadə edən qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıb.