ABŞ ordusu Minneapolisə daxil olub

31 May 2020 14:33 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyinə aid çox sayda hərbi avtomobil Minneapolis şəhərinə daxil olub. SİA xəbər verir ki, avtomobillərdə orduya aid müxtəlif birliklərdən əsgərlərin olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qaradərili vətəndaş Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyaların yatırılması üçün ordu birliklərinə səlahiyyət veriləcəyini açıqlamışdı.