Tovuzda yük maşını dərəyə aşıb

31 May 2020 13:40 (UTC+04:00)

Tovuz rayonunun Ağacqala kəndində "ГАЗ" markalı yük avtomobili dərəyə aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.