Ziyafət Əsgərov: "Tarixi müqavilələrdən istifadə etmək lazımdır"

31 May 2020 12:58 (UTC+04:00)

“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib.

O bildirib ki, gələcəkdə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, bu məsələni sazişdə ayrıca qeyd etmək lazımdır: “Qars müqaviləsinə görə, Türkiyə Naxçıvan Muxtariyyətinin təminatçılarından biridir. Türkiyə Naxçıvan üçün ayrıca preferensiya verə bilər. Ulu Öndər 1992-93-cü illərdə Naxçıvanda işləyəndə Qars müqaviləsi əsasında Naxçıvanda xeyli işlər gördü. Heydər Əliyev Süleyman Dəmirələ bu məsələdə təkliflər vermişdi. Bu tarixi müqavilələr hələ də qüvvədədir. Bu müqavilələrdən istifadə etmək lazımdır”.