Rusiyada koronavirusa yoluxanların sayı 400 min nəfəri keçib

31 May 2020 12:19 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxma göstəriciləri artır. Ölkədə son sutka ərzində 9 268 nəfər virusa yoluxub, 138 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 405 843 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 4 693 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 171 883 nəfər virusdan sağalıb, 229 267 nəfərin müalicəsi isə davam edir.